“Nərimanfilm” kinoşirkətinin “Sükut pozuntusu” qısametrajlı bədii filminin çəkilişləri başa çatıb. Filmi gənc rejissor Qüdrət Həmidov öz ssenarisi əsasında çəkib. Ekran əsəri dünyadan, insanlardan, hər hansı kənar səs-küydən imtina edərək öz sükut dünyasında yaşayan tənha qadın haqqındadır. Təsadüfi telefon zəngi onun sükutunu pozur və onu bu sükut dünyasında öz yerini yenidən qiymətləndirməyə məcbur edir. Əgər sən sükutla dost olmasan, o sənin düşməninə çevriləcək. Filmdə Xalq artisti Nuriyyə Əhmədova çəkilib. Filmin operatoru Elşən Əliyev, səs rejissoru Teymur Abdullayev, prodüserləri Nəriman Məmmədov və Qüdrət Həmidovdur.