Azərbaycanın premium səviyyəli kinoteatrı olan “28 Cinema”da 8 Mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində yeni komediyanın nümayişi başlanıb. Rusiya və Belarus kinematoqrafçılarının lentə aldığı filmin Bakı premyerası martın 6-da keçirilib. Rejissor Artyom Aksenenkonun lentə aldığı filmin baş qəhrəmanı Anna Berkutova (aktrisa Mariya Bersenyeva) zirehli qısa ətəkdə və dərin dekoltedə olan sarışındır. Onun silahı - gözəlliyi, ağlı və kişiləri tanımaq üzrə tam əminliyidir. Lakin 8 martda - Annanın doğum günündə maliyyə hesabatı kimi dəqiq olan taleyi dəyişir: Annanı nişanlısı atır, biznes layihəsini oğurlayırlar... Əvəzində o, qəflətən yaranan xüsusi bacarığı sayəsində yeni imkanlar əldə edir.