Mayın 13-14-də Azərbaycan Dövlət Rus Dram Teatrının səhnəsində Rusiya Federasiyasının məşhur teatr və kino aktyorları “Kirayə gəlin” komediyasını təqdim edəcəklər. Komediyada Rusiyanın Xalq artisti Aleksandr Mixaylov, əməkdar artistlər Yelena Proklova, Mixail Bezobrazov, həmçinin Yuliya Takşina, Mariya Rasskazova kimi populyar aktyorlar və aktrisalar çıxış edəcəklər.
“Kirayə gəlin” komediyası yüngül, incə yumor və istehza ilə ilk saniyədən tamaşaçını heyrətləndirəcək. Gündəlik həyatımızın kələkləri, çoxlarına tanış olan yalqızlıq, xilas naminə yalan, məhəbbət və nifrət... Tamaşada bütün bunların hamısı var. Qeyri-adi süjet və incə rejissorluq, istedadlı oyun və çox gözəl dramaturgiya istənilən tamaşaçının zövqünə uyğun olacaq.