“Forbes” jurnalı 2019-cu ildə planetin ən varlı qadınının adını açıqlayıb. Nəşrin versiyasına görə, “L`Oreal” kosmetika şirkətinin sahibinin varisi Fransuaza Betankur-Mayers qadın milyarderlərin siyahısına başçılıq edib.

“L`Oreal” kosmetika şirkətinin sahibinin varisinin sərvəti 49,3 milyard dollardır. Fransuaza Betankur-Mayers dünya milyarderlərinin ümumi siyahısında 15-ci yerdədir.

Fransuaza Betankur-Mayers “L`Oreal” kosmetika şirkətinə 1997-ci ildən rəhbərlik edir. O, qadın saçları rənglərini icad edən və şirkətin əsasını qoyan Ejen Şullerin nəvəsi və Lilian Betankurun yeganə varisidir. Bu ailə kosmetika nəhəngi “L`Oreal” şirkətinin səhmlərinin 33 faizinə sahibdir.

Ötən il “Forbes” jurnalı “Valmart” hipermarketlər şəbəkəsinin sahibi Elis Uoltonu ilin ən varlı qadını elan etmişdi. Onun sərvəti 46 milyard dollar idi.

İLONA