Martın 7-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “8 Mart Beynəlxalq Qadınlar Günüdür” adlı kitab sərgisi açılıb.

Kitabxanadan bildirilib ki, bu əlamətdar gün qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbətin tərənnümünü ənənəvi hala gətirib. Azərbaycan xalqı dünyaya bəşər mədəniyyəti xəzinəsinin incilərini yaradan görkəmli xanım ədiblər, tarixi şəxsiyyətlər, elm və sənət adamları bəxş edib.

Sərgidə tarixdə və müasir Azərbaycanın ictimai-siyasi həyatında iz qoymuş qadınlar, onların həyat və yaradıcılığına dair ədəbiyyat, analar, qadınlar haqqında yazılmış kitablar və dövri mətbuat materialları nümayiş olunur.