Martın 9-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Coakkino Rossininin  “Sevilya bərbəri” operasının tamaşası keçiriləcək.

Tamaşada Fiqaro partiyasını ifa etmək üçün Hamburq Dövlət Operasının (Almaniya) və Moskvanın “Novaya opera” Teatrının solisti, Vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Aleksey Boqdançikov dəvət edilib.

Rusiyalı vokalçı ilə yanaşı tamaşada Azərbaycan Opera və Balet Teatrının solistləri – xalq  artistləri Fidan Hacıyeva (Rozina), Əli Əsgərov (Don Bazilio),  Əkrəm Poladov (doktor Bartolo), əməkdar artistlər  Fərid Əliyev (qraf Almaviva), Tural Ağasıyev (Fiorello), solistlər Nina Makarova və Firus Məmmədov çıxış  edəcəklər.