Azərbaycanlı kinorejissor Teymur Hacıyevin “Yara” filmi ən nüfuzlu qısametrajlı film festivallarından biri olan “Palm Springs International ShortFest”in (ABŞ) müsabiqə proqramına daxil edilib.
“Film production” və “Cinex Azerbaijan Film & Digital production”un birgə istehsalı olan film 2013-cü ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən “Nar Mobile” mobil operatorunun dəstəyi ilə keçirilmiş “Üç tarix” kino layihəsi çərçivəsində çəkilib. Rolları gənc rejissor Elmar İmanov, aktyorlar Şamil Süleymanlı və Rasim Cəfər oynayıb.