Ötən əsrin 60-cı illərinin populyar rus-sovet yazıçılarından Vasili Belovun (1932-2012) “Olan işdi” (“Privıçnoye delo”) romanı Azərbaycanda nəşr olunub. Əsəri Azərbaycan dilinə tanınmış yazıçı Elçin Hüseynbəyli çevirib.

O, ön sözdə bir neçə il öncə məşhur rus yazıçısı Andrey Platonovun hekayələrini dilimizə çevirdiyini xatırladır və yazır: “Andrey Platonov mənimçün üslub hadisəsidirsə, Vasili Belov dil hadisəsidir, çox çətin olsa da, mən onları məmnuniyyətlə dilimizə çevirdim...”

Kitabı “Xan” nəşriyyatı nəfis dizayn və tərtibatla çap edib.

Qeyd edək ki, kitab Mədəniyyət Nazirliyinin təsis etdiyi “Qızıl kəlmə” mükafatına tərcümə nominasiyası üzrə təqdim edilib.