Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında 27 mart – Dünya teatr günü münasibətilə tədbir keçirilib.
Naxçıvan Muxtar Respublikasının mədəniyyət naziri Natəvan Qədimova çıxış edərək əlamətdar günün tarixi barədə məlumat verib, muxtar respublikada teatrların maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən, teatrların yaradıcılıq axtarışlarından söz açıb.
Vurğulanıb ki, xalqımızın qədim və zəngin mədəniyyətini yaşatmaq, vətənpərvərlik duyğularını gücləndirmək, yüksək səviyyəli estetik-mənəvi təsirə malik olan əsərləri səhnəyə gətirmək teatrların mühüm vəzifəsi və məqsədidir.
Tədbir iştirakçıları daha sonra teatrın səhnəsində yazıçı-dramaturq, Əməkdar incəsənət xadimi Əli Əmirlinin “Əli və Nino” tamaşasına baxıblar.