Aprelin 5-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında “Medeya Evripidə qarşı” tamaşası təqdim olunacaq. Gürcüstanın Mesxeti (Axaltsixi) Peşəkar Dövlət Dram Teatrında Janri Kaşianın eyniadlı pyesi əsasında hazırlanan tamaşanın rejissoru Georgi Şalutaşvilidir.

Tamaşanın səhnəqrafiya işi Lela Peradzeyə, geyim üzrə rəssam işi Nana Koranaşviliyə, xoreoqrafiya Tamta Tavdişviliyə məxsusdur, bəstəkarı Aleksi Turiaşvili, səhnə hərəkəti üzrə rəssam Cuna Tumanişvilidir.

Qeyd edək ki, tamaşa Azərbaycan Teatr Xadimləri İttifaqı ilə Gürcüstan Teatr Cəmiyyəti arasında ötən ilin noyabrında imzalanan memorandum çərçivəsində təqdim olunacaq.

Aprelin 5-də Azərbaycan Teatr Xadimləri İttifaqında iki ölkə arasında mədəni əlaqələrin inkişaf etdirilməsinə xidmət edən daha bir əməkdaşlıq sənədi – Gəncə Dövlət Dram Teatrı ilə Gürcüstanın Ozurgeti Dövlət Teatrı arasında memorandum imzalanacaq.