Azərbaycan Dövlət Yuğ Teatrının “Müəmmalı bir qətlin üç versiyası” tamaşası Tatarıstanın paytaxtı Kazanda keçiriləcək “Nauruz” Beynəlxalq teatr festivalına dəvət alıb. 1-8 iyun tarixində gerçəkləşəcək sayca 14-cü festivala müxtəlif ölkələrdən 30-dək teatr qatılacaq.

Yapon yazıçısı R.Akutaqavanın əsəri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə, quruluşçu rəssamı Vüsal Rəhim, musiqi tərtibatçısı Vüqar Camalzadədir. Səhnə əsərində Əməkdar artist Gülzar Qurbanova, aktyorlar Oqtay Mehdiyev, Əbdülqəni Əliyev, Vüqar Hacıyev, Amid Qasımov və Elşən Əsgərov çıxış edirlər.