Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon MKS-nin Mərkəzi kitabxanası görkəmli uşaq şairi Teymur Elçinin anadan olmasının 95 illiyi münasibətilə tədbir keçirib.

Tədbirdə 215 nömrəli körpələr evi-uşaq bağçasında tərbiyə alan azyaşlılar iştirak edib.

Kitabxananın şöbə müdiri Səidə Sərdarova iştirakçıları “Nağıl otağı”, “Teymur Elçin - 95” adlı kitab sərgisi ilə tanış edib.

Teymur Elçinin “Mən də, mən də”, “Sərçə”, “Can, nənə”, “Gözəl Vətən”, “Siçan balası”, “Keçim”, “Qaranquş” şeirləri səsləndirilib, kiçik səhnəciklər təqdim edilib.