Biləsuvar rayon Mədəniyyət Mərkəzində “Pəncərə” teatr studiyasının Nəcəf bəy Vəzirovun eyniadlı pyesi əsasında hazırladığı “Ev tərbiyəsinin bir şəkli” tamaşası nümayiş olunub.
N.Vəzirovun 165 illiyi münasibətilə səhnələşdirilən tamaşanın quruluşçu rejissoru Teymur Quliyev, baş rejissoru Cahangir Məlikdir, rolları Adil Əhmədov, Günel Mirzəyeva, Ruslan Tahirov və başqaları oynayır.