Sentyabrın 25-də Moskvada yaxın xarici ölkələrin kinematoqrafiya uğurlarına həsr olunmuş “Dostların kinosu” adlı dördüncü beynəlxalq festival açılıb. Sentyabrın 29-dək davam edəcək festivalın proqramına MDB və Baltik ölkələrinin nüfuzlu beynəlxalq kinofestivallarda mükafatlara layiq görülmüş bədii, sənədli və animasiya filmləri daxil edilib. Festivala təqdim olunmuş 15 ekran əsəri arasında Azərbaycan rejissoru Şamil Əliyevin “Çölçü” filmi də var.
Festival çərçivəsində MDB ölkələrinin kinematoqrafçıları ilə görüşlər, mühazirələr və performanslar da keçiriləcək. Filmlərin hamısı “Moskva kinosu” şəbəkəsinin kinoteatrlarında (“Zvezda”, “Kosmos”, “Tula”, “Fakel”, “Kruqovaya panorama”, “Saturn” və “Sputnik”) göstəriləcək.