Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində faşizm üzərində qələbənin 74-cü ildönümünə həsr olunmuş konsert keçirilib. Konsert muzeyin nəzdində fəaliyyət göstərən “Klassik Musiqisevərlər Klubu”nun və Bakıdakı Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin birgə təşəbbüsü ilə təşkil edilib.

Muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova qonaqları – Həştərxan Dövlət Filarmoniyasının solistlərini səmimiyyətlə salamlayıb.

Həştərxan Dövlət Filarmoniyasının bədii rəhbəri Natalya Dolqix qeyd edib ki, musiqiçilər ilk dəfədir ki, Həştərxanla sıx iqtisadi və mədəni əməkdaşlıq əlaqələri olan Bakıya gəliblər. Konsert xalqlarımızın faşizm üzərində qazandığı qələbənin ildönümünə həsr olunur.

Sonra Həştərxan Dövlət Filarmoniyasının simli kvarteti və solisti Yana Paklyanova konsert proqramı ilə çıxış edib. Onların ifasında rus klassik romansları səslənib.