Heydər Əliyev Fondunun dəstəyi ilə keçiriləcək II Beynəlxalq “Nəsimi. Şeir, sənət, mənəviyyat” Festivalı çərçivəsində Mədəniyyət Nazirliyinin “Söz” layihəsi 16-35 yaş arası gənc şairlər arasında “Ən yaxşı poetik əsər” müsabiqəsi elan edir. Müsabiqə iki nominasiyada keçirilir:

1. Klassik Şərq poeziyası üslubunda Nəsimiyə yazılan bənzətmə və nəzirələr;

2. Nəsiminin mənəvi dünyası və poetik irsi ilə bu və ya digər formada bağlılıq təcəssüm etdirən müxtəlif üslublu şeirlər.

Müraciətlər həm Azərbaycan, həm də ingilis və rus dillərində qəbul edilir. Müxtəlif dillərdə göndərilmiş müraciətlərə ayrı-ayrılıqda baxılacaq və mükafatlandırılacaq. İştirak etmək istəyənlər öz əsərlərini sozliterary@gmail.com elektron ünvanına göndərə bilər. Təqdim edilən əsərlə yanaşı müəllifin adı, təvəllüdü, mobil telefon nömrəsi, elektron poçt ünvanı və tərcümeyi-halı göndərilməlidir.

Nəzərinizə çatdıraq ki, əsərlərin son qəbul olunma tarixi 1 avqust 2019-cu ildir.