Moskvada Türkiyə vətəndaşlarının Rusiyada çəkdiyi fotoşəkillərdən ibarət sərgi keçirilib. Moskva Yunus Əmrə İnstitutunda reallaşan “Türklərin obyektivindən Rusiya” adlı sərgidə 24 iştirakçının 40 fotoəsəri nümayiş olunur.
Açılış mərasimində Türkiyənin Rusiyadakı səfiri Mehmet Samsar iştirak edib. Moskva Yunus Əmrə İnstitutu və Rusiya-Türkiyə İş Adamları Birliyi tərəfindən ortaq olaraq təşkil edilən sərgi 10 iyuna qədər davam edib.