Leonardo da Vinçinin “Dünyanın xilaskarı” (“Salvator Mundi”) adlı tablosu 2017-ci ilin noyabrında Londondakı “Christie’s” hərrac evində 450 milyon dollara satılmışdı.

Dünyanın auksionda satılan ən bahalı sənət əsərinin Bədr bin Abdullah Əl Saud tərəfindən alındığı bildirilmişdi. Amma o vaxtdan bəri rəsm əsərinin harada olduğu bilinmirdi.

Tablonun nümayiş olunacağı Birləşmiş Ərəb Əmirliklərinin İncəsənət Muzeyinin işçiləri Leonardo da Vinçinin “Dünyanın xilaskarı” əsərinin harada yerləşdiyindən xəbərsiz olduqlarını bildirirdilər.

Nəhayət, iyunun 11-də bir çox xarici KİV-də şedevr əsərin harada yerləşdiyi barədə məlumat yayılıb. Məlumata görə, “Dünyanın xilaskarı”nın Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Saudun şəxsi yaxtasında olduğu üzə çıxıb.

SƏBİNƏ