Sumqayıt Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə Sumqayıt şəhər N.Nərimanov adına Mədəniyyət Mərkəzində “Dəcəllər” rəqs qrupunun təqdimatında “Naz-naz” adlı rəqs gecəsi keçirilib.
Abdulla Şaiqin “Tıq-tıq xanım” nağılının motivləri əsasında xoreoqraf Fərhad Dadaşov tərəfindən hazırlanan rəqs-tamaşa Sumqayıt şəhərinin 70 illik yubileyinə həsr edilib.
Tədbirdə rəqs kollektivi üzvlərinin ifasında Azərbaycan və xarici ölkələrin rəqsləri təqdim olunub. Sonda rəqs qrupunun bütün üzvlərinə fəxri fərman və təşəkkürnamələr təqdim olunub.