Ceyms Bond haqqında yeni filmin çəkilişləri Londonda davam etdirilir. Bu barədə “Agent 007”-nin “Tvitter” səhifəsində məlumat verilib.
“Bondiana” silsiləsindən sayca 25-ci filmin bir çox səhnələri bu ilin yazında Yamaykada çəkilib. May ayında baş rolun ifaçısı Daniel Kreyq çəkilişlər zamanı xəsarət aldığından çəkiliş cədvəlində ləngimələr yaranmışdı. Aktyor qaçarkən ayağı burxulmuşdu.
Bu arada Britaniya şahzadəsi ziyarəti məşhur aktyorla görüşüb. Qeyd edək ki, “Bondiana” filmlər silsiləsi 1962-ci ildən çəkilir. Britaniyalı yazar Yan Fleminqin qəhrəmanı olan Ceyms Bond müasir günümüzdə də ən çox filmlərdən tanınan və sevilən obrazlardan biridir.
Deniel Kreyqdən öncə Ceyms Bond rolunu beş aktyor oynayıb: Şon Konneri (1962-1967-1971), Corc Leyzenbi (1969), Rocer Mur (1973-1985), Timoti Dalton (1987-1989), Pirs Brosnan (1995-2002). 2006-cı ildən “Agent 007” obrazını Deniel Kreyq canlandırır.
SƏBİNƏ