Lənkəran Dövlət Dram Teatrının truppası İran İslam Respublikasında keçiriləcək teatr festivalına dəvət olunub.
Teatrın direktoru Tofiq Heydərov bildirib ki, Zəncan şəhərində iyulun 8-dən 12-dək davam edəcək Milli Teatr Festivalında Lənkəran Dövlət Dram Teatrı ölkəmizi Emil Əskərovun müəllifi və quruluşçu rejissoru olduğu “Sehrbazlar dərəsi” nağıl-tamaşası ilə təmsil edəcək.
Süjet xətti Azərbaycan folklorundan qaynaqlanan bu səhnə əsərinin quruluşçu rəssamı Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Rolları Əməkdar artist Sücəddin Mirzəyev, teatrın aktyorlarından Emin Fərzullayev və Sayad Əliyev ifa edirlər.