XVII əsrdə yaşamış Azərbaycan alimi və şairi Məczub Təbrizinin anadilli “Divan”ı Təbrizin “Qalan yurd” nəşriyyatında çapdan çıxıb.

Məczub Təbrizinin “Divan”ını nəşrə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov hazırlayıb.

İnstitutdan bildiriblər ki, kitab Leyden Universiteti Kitabxanası (Niderland) və Qahirə Milli Kitabxanasında (Misir) saxlanılan əlyazma nüsxələri əsasında hazırlanıb.