Yuğ Dövlət Teatrının Şamaxı, Quba, Xaçmaz, İsmayıllı rayonlarına qastrolu başa çatıb. Yaradıcı heyət qastrolda “Sonuncu” tamaşası ilə çıxış edib.

Yazıçı Pərvinin rus klassiki A.P.Çexovun yaradıcılığından bəhrələnərək qələmə aldığı pyes əsasında hazırlanmış tamaşanın quruluşçu rejissoru və səhnə tərtibatçısı Xalq artisti Ramiz Həsənoğludur.

Rolları Əməkdar artist Fərhad İsrafilov, aktyorlar Hikmət Rəhimov və Ləman Novruzova ifa edib.