Azərbaycanın əlilliyi olan və olmayan aktyorlardan ibarət inklüziv ƏSA teatrı Lənkəranda qastrol səfərində olub.
Kollektivin N.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının səhnəsində göstərdiyi “Adamlar və siçanlar” tamaşası anşlaqla keçib. Teatr mövsümü qastrol səfəri ilə yekunlaşdırıb.
Amerika yazıçısı Con Steynbekin əsərinin motivləri əsasında hazırlanan tamaşa insanlara mərhəmət, alicənab hisslər aşılamaqla yanaşı, tamaşaçıları böyük insanlığa, mənəvi dəyərlərə səsləyir. Tamaşanın quruluşçu rejissoru Nihad Qulamzadədir.
ƏSA teatrı gələcəkdə digər bölgələrə də səfər etməyi planlaşdırır.