AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Aida Feyzullayevanın “Komparativistikanın işığında” kitabı (komparativistika – müqayisəli ədəbiyyatşünaslıq – red.) “Elm və təhsil” nəşriyyatında rus dilində çapdan çıxıb.

Monoqrafiyanın elmi redaktoru AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli, rəyçiləri filologiya üzrə elmlər doktoru Sara Osmanlı və filologiya üzrə fəlsəfə doktoru Cavidə Məmmədovadır.

Kitabda Əməkdar elm xadimi, filologiya üzrə elmlər doktoru Məmməd Qocayevin elmi fəaliyyəti, həmçinin klassik rus ədəbiyyatı ilə bağlı tədqiqatları əks olunub. Müəllif Fyodor Dostoyevski və Lev Tolstoyun həyat və yaradıcılığını araşdırarkən yeni mənbələrdən istifadə edib.

Əsərdə həmçinin rus dekadent şairlərinin əsərləri, Şərqin şair-simvolistlər K.Balmont və V.Xlebnikovun həyat və yaradıcılığına təsiri tədqiq olunub.