Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı yeni mövsümü ənənəvi olaraq “Qarabağnamə” tamaşası ilə açacaq.
Xalq yazıçısı İlyas Əfəndiyevin “Hökmdar və qızı” əsəri əsasında hazırlanan tamaşanın rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İsmayıl Məmmədovdur. Tamaşanın musiqi tərtibatını Həmid Kazımzadə verib, geyim rəssamı Aygün Mahmudova, işıq üzrə rəssamı Rafael Həsənovdur.