Sentyabrın 28-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında fransız əsilli irlandiyalı yazıçı-dramaturq Semuel Bekketin “Qodonun intizarında” pyesi əsasında hazırlanan eyniadlı tamaşa nümayiş ediləcək.

Səhnə əsərinin bədii rəhbəri Əliqismət Lalayev, quruluşçu rejissoru Yunis Vəlipur, tərcümə edəni Şövqi Hüseynovdur. Rolları əməkdar artistlər Əzizağa Əzizov, Şövqi Hüseynov və başqaları ifa edəcək. Tamaşanın quruluşçu dirijoru və musiqi tərtibatçısı Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu baletmeysterləri əməkdar artistlər Zakir Ağayev və Yelena Ağayevadır.

Qeyd edək ki, dünyada ilk dəfə Semuel Bekketin bu məşhur əsərinə simfonik musiqini Azərbaycan bəstəkarı – Xalq artisti, professor Fərəc Qarayev yazıb.