Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Bakı Uşaq Teatrının nəzdində fəaliyyət göstərən “Günay” teatr-studiyası “Amberstar 2019” Beynəlxalq incəsənət müsabiqəsində ölkəmizi uğurla təmsil edib.
Latviyanın paytaxtı Riqada keçirilən müsabiqədə “Günay” studiyası “Kitabi-Dədə Qorqud” dastanı əsasında hazırlanmış “Üç ocaq” tamaşasını nümayiş etdirib.
Müsabiqənin nəticələri qala-konsertdə açıqlanıb. Qran-pri mükafatı ölkəmizi layiqincə təmsil edən “Günay” studiyasına təqdim olunub. Gənc aktyorlardan Leyla Əliyeva, Leyla Qədimli, Təyyar Cəbrayılbəyov və Tuncay Həmidli ən yaxşı rola görə diploma layiq görülüb. Studiyanın bədii rəhbəri, ssenari müəllifi və quruluşçu rejissoru Larisa Tarusova müsabiqənin münsifi seçilib, gənc istedadların inkişafında fəaliyyətinə və beynəlxalq mədəni əlaqələrin möhkəmlənməsinə göstərdiyi köməkliyə görə beynəlxalq diplom-sertifikatla təltif olunub.