Noyabrın 17-də Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrının “Mariinsk  2” səhnəsində Rodion Şedrinin “Anna Karenina” baleti nümayiş olunacaq.

Səhnə əsərində qraf Vronskinin partiyasını Azərbaycanın Əməkdar artisti Timur Əsgərov ifa edəcək.

Baletin Sankt-Peterburq Dövlət Akademik Mariinsk Teatrında premyerası 2010-cu il aprelin 15-də keçirilib.

T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında, Ukrayna Milli Akademik Opera və Balet Teatrında çalışıb. 2011-ci ildən Mariinsk teatrında fəaliyyət göstərir.