Füzuli Dövlət Dram Teatrında da yeni – 31-ci mövsümlə əlaqədar toplantı keçirilib. Teatrın direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Vəliyev çıxış edərək kollektivə yeni iş mövsümündə uğurlar arzulayıb.
Daha sonra ötən mövsümdə teatrın fəaliyyəti barədə danışaraq yeni mövsümlə əlaqədar fikirlərini diqqətə çatdırıb.
Füzuli Dövlət Dram Teatrı yeni mövsümü 25 sentyabrda M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası ilə açacaq. Tamaşanın quruluşçu rejissoru Asif Şirinov, quruluşçu rəssamı Ellinaz Balaşova, musiqi tərtibatçısı Ziyad Süleymanovdur.
Əsas rollarda Qaçaq Qarayev, Habil Hacıyev, Elşən Gözəlov, İntizar Quliyeva, Sevinc Məmmədova, Sehran Xanlarov və başqaları çıxış edir.