Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni mövsümü sentyabrın 21-də rus şairi A.Puşkinin “Balıqçı və balığın nağılı” əsərinin motivləri əsasında yazıçı Pərvinin qələmə aldığı pyesin tamaşası ilə açacaq.
Teatrdan bildirilib ki, “Qızıl balıq” tamaşasının quruluşçu rejissoru Elşad Rəhimzadədir. Səhnə tərtibatı Reyhan Aslanova və Şahin Hüseynliyə aiddir. Rolları əməkdar artistlər Elnur Hüseynov, Zemfira Əbdülsəmədova, aktyorlar Ədalət Əbdülsəmədov, Nuriyə Əliyeva, Asya Atakişiyeva, İlahə Əmirxanova, İmran Qurbanov, Nuranə Hüseynova, Könül Əbilova, Xaliq Bəkirov və Nurlan Süleymanlı canlandıracaq.