Füzuli Dövlət Dram Teatrı N saylı hərbi birləşmə, 2016-cı il Aprel döyüşlərinin qaziləri və bir qrup xeyriyyəçi şəxslərin təşkilati dəstəyi ilə Şəki şəhər qarışıq tipli uşaq evində “Dünyanın çiçəkləri” adlı şou-proqramla çıxış edib.

Proqramda cizgi filmi və nağıl qəhrəmanlarının maraqlı sərgüzəştləri, aktyorların ifasında uşaqlara həsr olunmuş şeir və mahnılar, rəqslər uşaqlar tərəfindən böyük maraqla qarşılanıb.