Gənc Tamaşaçılar Teatrında Y.Etin və V.Livanovun “Bremen musiqiçiləri” pyesi əsasında hazırlanan eyniadlı tamaşa oktyabrın 13-də rus dilində təqdim ediləcək.

Teatrdan bildirilib ki, quruluşçu rejissoru Əməkdar artist Nicat Kazımov olan tamaşanın səhnə tərtibatçısı Telman Şıxıyev, musiqi tərtibatçısı İradə Muradova, rejissoru Gülnar Hacıyevadır. Rolları aktyorlar Anar Seyfullayev, Aygün Fətullayeva, Elşən Şıxəliyev, Bəhram Həsənov, Xaliq Bəkirov, Eyvaz İbrahimov və başqaları ifa edəcək.

“Bremen musiqiçiləri” iki gəncin saf sevgisindən bəhs edən həzin bir nağıldır. Fərqli nəsillərin maraq göstərdiyi, motivləri əsasında məşhur cizgi filmi də çəkilmiş bu əsər saf duyğular, isti hisslər yaradır.