A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında “Yeddi nar çubuğu” xalq nağılımız əsasında tamaşa hazırlanır.

Yeni mövsümdə təqdim olunacaq tamaşanın səhnələşdirəni Zülfüqar Rüfətoğlu, quruluşçu rejissoru Qurban Məsimov, quruluşçu rəssamı Rəvanə Yaqubova, bəstəkarı Vüqar Camalzadədir.

Azərbaycan Dövlət Kukla Teatrında klassik tamaşaların yeni səhnə yozumunda təqdim olunması da artıq ənənə halını alıb. Bu işin davamı olaraq repertuarda xüsusi yeri olan, lakin özünün tərtibat baxımından ömrünü başa vuran bir sıra tamaşalar yeni versiyada hazırlanır.

Teatrdan verilən məlumata görə, uzun müddət repertuarda olan “Qoçaq Əhməd” və “Məlikməmməd” tamaşaları yeni səhnələşdirmə və quruluşda balacaların ixtiyarına veriləcək.