Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının yaradıcı kollektivi sentyabrın 28-də balaca teatrsevərlər üçün isveçli dramaturq, Nobel mükafatı laureatı Ceyms Barrinin “Piter Pen” pyesi əsasında səhnələşdirilən “Piter Pen: Yoxlandiyaya səyahət” adlı tamaşanı təqdim edəcək.

Balacaların bədii və cizgi filmlərindən tanıyıb sevdiyi bu sehrli qəhrəmanın və dostlarının sərgüzəştlərinin səhnə həlli, teatrın quruluşçu rejissoru Anar Məmmədova məxsusdur.

Uşaqlara dürüstlük, yardımsevərlik və cəsarət aşılayan tamaşanın əsas ideyası öz gücünə inam və qətiyyətdir.

Tamaşanın quruluşçu rəssamı Əfşan Əsədovadır. Obrazları Elnur Abbasquliyev, Səriyyə Mansurova, Cavid Telman, Elmira Hüseynova, Rəhilə İbadova və başqaları canlandıracaq.