Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı mövsümü sentyabrın 21-də Pərvinin böyük rus şairi A.Puşkinin “Balıqçı və balığın nağılı” əsərinin motivləri əsasında qələmə aldığı “Qızıl balıq” pyesinin tamaşası ilə açacaq.

Tamaşanın quruluşçu rejissoru Elşad Rəhimzadədir. Səhnə tərtibatı Reyhan Aslanova və Şahin Hüseynliyə aiddir. Səhnə əsərində əməkdar artistlər Elnur Hüseynov, Zemfira Əbdülsəmədova, eləcə də Nuriyyə Əliyeva, Asya Atakişiyeva, İlahə Əmirxanova, İmran Qurbanov, Nuranə Hüseynova çıxış edir.