Sentyabrın 21-də Bakı Uşaq Teatrı yeni mövsümdə ilk tamaşasını oynayacaq. Kollektiv premyerası ötən mövsümün sonunda olmuş “Sehrli tütək” tamaşası ilə yeni mövsümə başlayacaq.
Azərbaycan xalq nağılı əsasında Maarif Məmmədovun səhnələşdirdiyi tamaşaya Əməkdar artist İntiqam Soltan quruluş verib. Rolları Rauf Hüseynli, Mehman Piriyev, Tofiq İsgəndərli, Natiq Fərzəliyev, Ədalət Ağaverdizadə, Könül Şahbazova, Gülər Ləzgiyeva, Qurban Əhmədov, Turə Qasımlı, Gülnarə Abbasova, Emin Balayev, Nərminə Məhərrəmova ifa edirlər. Tamaşanın rəssamı Sevda Məmmədova, bəstəkarı Mahir İbrahimlidir.
Mövsümün ilk tamaşası sentyabrın 21-də saat 12:00-da teatrın hazırda yerləşdiyi Qaraçuxur qəsəbəsi Q.Abbasov adına Mədəniyyət sarayında oynanılacaq.