Sentyabrın 26-da Azərbaycan professional vokal sənətinin banisi, görkəmli opera müğənnisi, SSRİ Xalq artisti Bülbülün (1897-1961) vəfatının 58-ci ildönümü idi.
Bu münasibətlə Fəxri xiyabanda sənətkarın məzarı ziyarət edilib.
Mərasimdə Azərbaycanın Rusiyadakı səfiri, Xalq artisti Polad Bülbüloğlu, Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Xalq yazıçısı Elçin, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Sənətkarın məzarı üstünə tər çiçək dəstələri qoyularaq xatirəsi hörmətlə yad olunub.
Xalq artisti Polad Bülbüloğlu atasının xatirəsinə göstərilən ehtirama görə hər kəsə minnətdarlığını bildirib. Qeyd edib ki, Bülbülün vəfatından illər ötsə də, onun adı xalqın qəlbində yaşayır, səsi və sənəti sevilir. Vurğulanıb ki, Azərbaycan dövləti Bülbülün bənzərsiz sənətinə hər zaman yüksək qiymət verib.