AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Nəriman Seyidəliyev, BDU-nun mərhum professoru Bayram Əhmədov və filologiya üzrə fəlsəfə doktoru Rasim Heydərovun “İxtisarlar lüğəti” “Elm” nəşriyyatında işıq üzü görüb.
Kitabın elmi redaktoru filologiya üzrə elmlər doktoru, professor İsmayıl Məmmədlidir.
Lüğətdə bütün sahələri əhatə edən 5500-dən artıq mürəkkəb adın ixtisarı, onların açılışı verilib. Ön sözdə Azərbaycan dilində olan qısaltmaların yazılış və oxunuş qaydaları geniş şəkildə şərh edilib.
Kitab mütəxəssislərlə yanaşı, geniş oxucu kütləsinin istifadəsi üçün nəzərdə tutulub.