Oktyabrın 1-də Səməd Vurğunun ev-muzeyində “Aytam” Uşaqların Mədəni Maariflənməsi İctimai Birliyinin təşkilatçılığı ilə “Nəsimi ili” çərçivəsində “Zərrə mənəm, günəş mənəm” adlı ədəbi-bədii tədbir keçirilib.
Muzeyin baş fond mühafizi Xanım Şadlinskaya, “Aytam” İctimai Birliyinin sədri Aygün Zamanlı, AMEA-nın Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin əməkdaşı Tutu Məmmədova, Folklor İnstitutunun elmi işçisi İlhamə Qəsəbova və başqaları çıxış ediblər.
Bakı şəhəri Nərimanov rayonundakı 45 nömrəli tam orta məktəbin şagirdlərinin və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin “Gənc bələdçi” dərnəyi üzvlərinin ifasında “Zərrə mənəm, günəş mənəm” adlı ədəbi-bədii kompozisiya təqdim olunub.