Oktyabrın 2-də Heydər Əliyev adına Mədəniyyət Mərkəzində Xaçmaz Regional Mədəniyyət İdarəsi və Yeni Azərbaycan Partiyası rayon təşkilatının birgə keçirdiyi “İstedadlar sorağında” müsabiqəsinə yekun vurulub.
Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəisi Nazim Ağayev bildirib ki, müsabiqənin keçirilməsində əsas məqsəd mədəniyyət və incəsənətin ayrı-ayrı növləri üzrə istedadlı insanların üzə çıxarılması, onların yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verilməsidir.
Sonra tədbirdə regional idarə üzrə rayonlarda ilk seçim turunda uğur qazanmış iştirakçılar çıxış ediblər.
Münsiflərin qiymətləndirilməsinə əsasən, hər bir nominasiya üzrə ilk 3 yeri tutmuş iştirakçılar Xaçmaz Regional Mədəniyyət İdarəsinin fəxri fərmanı və hədiyyələrlə təltif edilib.