Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə milli turizm brendi – “Azerbaijan: Take Another Look” (“Azərbaycan: bir daha bax”) “Dünyada turizm sahəsində çəkilən ən yaxşı film və tanıtım çarxı” müsabiqəsində iştirak edir.
Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsi (CİFFT) tərəfindən keçirilən müsabiqə onlayn səsvermə əsasında aparılır.
Oktyabrın 25-dək davam edəcək müsabiqədə qalib gələcək film və ya videoçarx Avstriyanın paytaxtı Vyanada təşkil olunacaq mərasimdə “İnsanların seçimi” mükafatına layiq görüləcək.
140 ölkənin qatıldığı müsabiqədə seçim mərhələsindən sonra hazırda Azərbaycan da daxil olmaqla, 28 ölkənin film və videoçarxı mükafata iddiaçıdır.
Azərbaycanın turizm brendini qalib etmək üçün bu keçidə daxil olaraq, “Vote” yazısına klik edə bilərsiniz: https://www.cifft.com/film/azerbaijan-take-another-look/