Norveçin Bude şəhəri Avropanın 2024-cü il üçün “Mədəniyyət paytaxtı” olacaq.

Bude bu titulunu digər iki şəhərlə bölüşdürməli olacaq. Bunlardan biri Estoniyanın Tartu şəhəridir. Avstriyadan olacaq digər şəhər isə bu ilin sonunadək seçiləcək. Qeyd edək ki, Norveç şəhərləri “Avropanın mədəniyyət paytaxtı” adına artıq üçüncü dəfədir layiq görülür. Daha əvvəl 2000-ci ildə Bergen və 2008-ci ildə Stavanger bu adı daşıyıb.

Keçirilən müsabiqədə Bosniya və Herseqovinanın Mostar və Banya-Luka şəhərlərini üstələyən Bude Qütb dairəsindən şimalda “Avropanın mədəniyyət paytaxtı” adına sahib ilk şəhər olacaq.

Dağlar və okeanla əhatə olunmuş Bude Norveçin ikinci böyük şəhəridir və gözəl təbiəti dünyanın hər yerindən turistləri özünə cəlb edir.

CAVİD