Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsinin 28-ci ildönümü münasibətilə İstiqlal Muzeyində məktəblilər üçün “Əbədi müstəqillik” adlı açıq dərs keçirilib.
Açıq dərsdə Yasamal rayon 52 saylı orta məktəb və XXI əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin şagirdləri iştirak edib.
Açıq dərsi muzeyin Ekspozisiya şöbəsinin müdiri Şərafət Məmmədova açaraq məktəbliləri Müstəqillik Günü ilə bağlı təbrik edib, müstəqilliyimiz haqqında ətraflı məlumat verib. Sonra məktəblilərə “Müstəqillik sizin üçün nədir” sualı verilərək onların fikirləri dinlənilib.
Məktəblilər muzeyin elmi işçiləri tərəfindən onlar üçün hazırlanmış vətənpərvərlik musiqilərini səsləndiriblər.