“Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na uyğun olaraq bütün pillə və səviyyələr üzrə təhsilin keyfiyyət göstəricilərinin yüksəlməsi, uşaq və gənclərin təhsilalma imkanlarının genişləndiriməsi, ümumtəhsil müəssisələrinin yüksəkixtisaslı pedaqoji kadrlarla təminatı, müəllim fəaliyyətinin qiymətləndirilməsi və stimullaşdırılması təhsil ictimaiyyəti tərəfindən rəğbətlə qarşılanır. Bakı Xoreoqrafiya Akademiyası da bu sahəyə öz töhfələrini verməkdədir.
Təhsilin inkişafında xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə və Beynəlxalq Müəllimlər Günü münasibətilə Bakı Xoreoqrafiya Akademiyası tam orta məktəbinin direktoru Bəşarət Hüseynova Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri fərmanı ilə, tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aypara Məmmədova “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunublar.