Gürcüstanda yeni qurum – Milli Mədəniyyət Fondu yaradılır. Fond 2020-ci il yanvarın 1-dən fəaliyyətə başlayacaq.
Hökumətin müvafiq qərarında deyilir ki, yeni fond Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin mədəniyyətlə bağlı funksiyalarını həyata keçirəcək.
Fond həmçinin, dövlət büdcəsindən mədəniyyətlə bağlı qrant layihələri üçün nəzərdə tutulmuş maliyyə vəsaitlərini idarə edəcək.
Gürcüstandakı milli azlıqların mədəni irsinin qorunması, təbliği və inkişafı məsələləri də fondun səlahiyyətlərinə daxil edilib.
Mədəni irsin müdafiəsi, təbliği, inkişafı məqsədlərini daşıyan fond publik-hüquqi şəxs olacaq və beynəlxalq əməkdaşlıq məsələlərini də həyata keçirəcək.