Noyabrın 8-i Xalq artisti, görkəmli teatr və kino aktrisası Amaliya Pənahovanın (1945-2018) vəfatının ildönümüdür.
Amaliya Pənahova 1964-cü ildən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında çalışıb, bu səhnədə yaratdığı çoxsaylı obrazlarla sənətsevərlərin rəğbətini qazanıb. 1992-ci ildə Bakı Bələdiyyə Teatrını yaradıb və ömrünün sonunadək bu sənət ocağına rəhbərlik edib. Ondan artıq televiziya və teatr tamaşasına quruluş verib. “Arxadan vurulan zərbə”, “Qərib cinlər diyarında”, “Babək”, “Gözlə məni”, “Cavad xan” və s. filmlərdə çəkilib. Milli Məclisin deputatı (2000-2005), Mədəniyyət və İncəsənət Universitetinin professoru olub.
Sənətkarın vəfatının ildönümü ərəfəsində məzarı üzərində abidəsi ucaldılıb.