Noyabrın 17-dən 24-dək Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və “Özbəkkino” milli agentliyinin təşkilatçılığı ilə ölkəmizdə “Özbək kinosu həftəsi” keçiriləcək.
Noyabrın 18-də Nizami Kino Mərkəzində “Özbək kinosu həftəsi”nin açılış mərasimi olacaq.
Noyabrın 19-da Özbəkistanı təmsil edən nümayəndə heyəti Dövlət Film Fondunun fəaliyyəti ilə tanış olacaq, Azərbaycanın kino xadimləri ilə görüş keçirəcək, gələcəkdə kino sahəsində əməkdaşlıq barəsində müzakirələr aparacaq.
Nümayəndə heyəti kino həftəsi çərçivəsində Şəki Regional Mədəniyyət İdarəsinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Şəki, İsmayılı və Qəbələ rayonlarına səfərlər edəcək. Həmin rayonlarda da özbək filmlərinin nümayişləri təşkil olunacaq.