Prezident İlham Əliyev noyabrın 14-də Azərbaycan-Rusiya mədəni əlaqələrinin möhkəmləndirilməsində xidmətləri olan Rusiya Federasiyasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Maqomedov Cambulat Musayeviç “Əməkdar incəsənət xadimi” fəxri adına, Hacıyeva Fatimə Taqirovna və Xadulayev Mutay Xadulayeviç “Əməkdar artist” fəxri adına layiq görülüb.