Noyabrın 18-dən 24-dək paytaxtımızda İtaliya mətbəxi həftəsi keçiriləcək.
Bu münasibətlə noyabrın 12-də təşkil olunan mətbuat konfransında layihə barədə məlumat verilib.
İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massarini bildirib ki, eyni vaxtda müxtəlif ölkələrdə keçirilən həftənin əsas məqsədi İtaliya mətbəxini dünyada təbliğ etməkdir. Tədbir çərçivəsində Bakıda ustad dərsləri, məşhur italyan aşpazlarla görüşlər, habelə paytaxtın iri marketlərində İtaliya məhsullarının promo-aksiyaları təşkil olunacaq.